Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 782 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 nəfər vəfat edib, aktiv xəstə sayı 15 498 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə ümumilikdə 6 531 133 test icra olunub.