
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşməyə hazırdır.
Bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio “Bloomberg“ə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, əgər günü sabah Xamenei görüşmək istədiyini desə, Tramp buna razılaşar.
Dövlət katibi onu da qeyd edib ki, bu, Trampın Xamenei ilə razılaşdığı anlamına gəlməməlidir.
"Prezident Tramp problemlərin həlli yolunun birinin bu olduğunu düşünür. Lakin o, kiminləsə görüşməyi güzəşt hesab etmir”, - Rubio vurğulayıb.