
ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin baş verməsini hadisələrin ən yaxşı inkişaf variantı hesab etdiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ lideri bu barədə Şimali Karolina ştatındakı Fort-Breqq hərbi bazasında çıxış etdikdən sonra jurnalistlərə açıqlama verərkən danışıb.
Jurnalistlərin İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışıb-çalışmadığı ilə bağlı sualını cavablandırarkən Tramp belə deyib: “Hazırda görünür ki, baş verə biləcək ən yaxşı variant budur”.