Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırdı

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb.

 

"Reuters" xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib.

 

"ABŞ-ın müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur", - Pəhləvi deyib.

 

Onun sözlərinə görə, ABŞ-ın hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.

 

Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.

 

Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılacağı  gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.