Rusiya ilə birgə yaşamağa məhkumuq
MAKRONDAN ETİRAF

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarını təkrarlayıb.

 

Senzor.az bildirir ki, o, bu barədə təşəbbüsünü Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bir daha dilə gətirib.

 

"Ukrayna məsələsi ilə bağlı danışıqlar Avropanın iştirakı olmadan mümkündür. Lakin bu, sülh gətirməyəcək. Buna görə də Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarına gəldik. Biz bu problemin həllində iştirak edəcəyik. Ukraynadakı müharibə bitdikdə isə təhlükəsizlik maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə birgə yaşama qaydalarını müəyyən etməli olacağıq. Danışıqlar masasına oturub bunu müzakirə etməyə hazır olmalıyıq", - Makron bildirib.

 

Fransa Prezidenti vurğulayıb ki, yeni Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar avropalıların özlərinin iştirakı ilə aparılmalıdır.

 

"Coğrafiyamız dəyişməyəcək. Biz Rusiya ilə eyni yerdə yaşayacağıq və istəmirəm ki, bu danışıqları başqası təşkil etsin", - deyə Fransa lideri fikrini yekunlaşdırıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.