
19 fevralda ABŞ-da keçirilməsi planlaşdırılan Qəzza "Sülh Şurası"nın ilk liderlər toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyab Ərdoğanın iştirakı məsələsinin yaxın günlərdə bəlli olacağı gözlənilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran deyib.
Onun sözlərinə görə, Ramazan ayının ilk gününə təsadüf edən görüşlə bağlı hələlik dəqiq məlumat yoxdur.
Ərdoğanın toplantıda iştirakı məsələsi isə yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.