
Ermənistan Baş Prokurorluğu bütün ermənilərin katolikosuna qarşı Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zohrabyan məlumat verib.
Vəkilin sözlərinə görə, onun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, Bütün Ermənilərin Katolikosu II Qaregin Arxiyepiskop Saroyanı Erməni Apostol Kilsəsinin Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən uzaqlaşdıraraq itaət andını pozduğuna görə vəzifəsindən azad edib. Saroyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsini yeniləmək təşəbbüsünü dəstəkləyən on yepiskopdan biridir.