
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16–17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyaya səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran məlumat verib.
O qeyd edib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, regional və qlobal proseslər müzakirə olunacaq. Görüşlər zamanı bir sıra sazişlərin də imzalanması nəzərdə tutulur.