Kiyev danışıqlardan imtina etdikdən sonra Rusiya Silahlı Qüvvələrinin bölmələri əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə məlumat verib.
“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bölmələrin hamısına əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov vurğulayıb.