Ukrayna-Rusiya danışıqları yekunlaşdı: nələr razılaşdırıldı? - YENİLƏNİB
VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
 
Senzor.az
xarici KİV-ə istinadən bildirir ki, danışıqlar təxminən altı saat davam edib.
 
Prezident Vladimir Zelenskinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər.
 
Onun sözlərinə görə, tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər. Bu istiqamət üzrə müəyyən qərarlar qeyd olunub.
 
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də bildirib ki, uzun çəkən danışıqlarda bütün gündəm təfərrüatlı ilə müzakirə olunub: “Danışıqlar nəticəsində ümumi mövqələrin proqnozlaşdırılmasının mümkün olduğu ortaq nöqtələr tapılıb. Həmçinin, danışiılar prosesini davam etdirmək barədə razılıq əldə olunub. Növbəti görüş yaxın günlərdə keçiriləcək”.

Nümayəndə heyətləri danışıqların nəticələrini müzakirə etmək üçün ölkələrinə geri qayıdırlar.
 
**17:56

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
 
“Seqodnya” nəşrinin məlumatına görə, danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
 
Yerli “Sputnik Belarus” isə xəbər yayıb ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edib.


**14:28

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
 
Senzor.az bildirir ki, bu barədə BelTA məlumat yayıb.
 
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmır.
 
Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti Belarusa dünən gəlib. Heyətə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. 
Ukrayna nümayəndə heyəti isə görüş yerinə bu gün gəlib. Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildirlər. 

Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.