DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb.

 

Senzor.az bildirir ki, bununla bağlı İctimai Televiziyada (İTV) sujet yayımlanıb.

 

Sujetdə bildirilib ki, 2026-cı ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.

 

Vurğulanıb ki, bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışıb. Xarici ölkədə olan bu şəxs əlində olan görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edib.

 

Əlavə edilib ki, faktla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılıb. İstintaqa ifadəsində o, cinayəti törətdiyini etiraf edib və detalları danışıb.

 

Qeyd edilib ki, saxlanılan şəxslə bağlı məhkəmə hökmü olmadığından həmin şəxsin kimliyi açıqlanmayıb. Məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq.

 

Məlumatla daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.