Netanyahu Trampla danışıb: “İRANLA MÜHARİBƏNİ İNDİ HİYLƏ İLƏ APARACAĞIQ”

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və İrana qarşı əməliyyat çərçivəsində addımların koordinasiyasını müzakirə etdiklərini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Baş nazirin sözlərinə görə, İsrail və ABŞ arasında sıx qarşılıqlı fəaliyyət, o cümlədən hərbi hava qüvvələri və donanmaların əməkdaşlığı, eləcə də rəhbərlik səviyyəsində təmaslar qorunub saxlanılır. B. Netanyahu qeyd edib ki, İrana təzyiq bilavasitə hərbi əməliyyatlar formatında və başqa metodlarla gücləndiriləcək.

 

"Qarşıda hələ xeyli sürpriz var. Müharibəni hiylə ilə aparacağıq. Biz burada bütün hiylələri açıqlamayacağıq, ancaq çox plan var", - o yazıb.

 

Baş nazir həmçinin qeyd edib ki, zərbələr həm aviasiya, həm də pilotsuz uçuş aparatlarından istifadə edilməklə endirilir və İranın güc strukturlarının zəiflədilməsinə yönəlib. Onun sözlərinə görə, bu fəaliyyətlər ölkə daxilində dəyişikliklər üçün şərait yaratmaq məqsədi daşıyır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.