Deputat Bakıdakı "dron uçuşu" ilə bağlı
MÜDAFİƏ NAZİRLİYİNƏ İRAD TUTDU

Bir neçə gün öncə Bakı səmasında dronların uçması ilə bağlı yayılan məlumatlar Milli Məclisdə gündəmə gətirilib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında  deputat Qüdrət Həsənquliyev qeyd edib ki, bu məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd olunur, dövlətin siyasəti informasiya fazasında milli təhlükəsizliyi təmin etməkdir: “Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr haqqında məlumat verilməyəndə bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu şayiələrin böyük bir qismi də çox təəssüf ki, dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlib”.

 

“Müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər və ictimaiyyəti zamanında bu barədə məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim sadəcə olaraq qeyd etmək istəyim bundan ibarət idi və xahiş edirəm ki, Milli Məclisin Aparatı bu çıxışımı Müdafiə Nazirliyinə bir deputat sorğusu kimi göndərsin və onlar ictimaiyyəti bu barədə məlumatlandırsınlar”, - deyə deputat sonda vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.