
"Netanyahuda mənə lazım olan, məndə isə ona lazım olan şeylər var. Buna görə də mən bu dialoqa hazıram".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Jerusalem Post" qəzetinə açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahunun onunla danışmaq istəyi haqda danışarkən deyib.
Onun sözlərinə görə, İsrail tərəfi artıq danışıqların keçirilməsi təklifi ilə müraciət edib və Kiyev belə təmasa açıqdır: “Mən bu dialoqa hazıram. Düşünürəm ki, bu, vacib bir dialoqdur”.