
Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb.
O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.
Onun sözlərinə görə, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarında iştirakdan imtina edib, baxmayaraq ki, onlar İranın nüvə silahına sahib olmasının yolverilməzliyi barədə ABŞ-ın mövqeyini dəstəkləyirdilər.
"Mən onların mövqeyinə təəccüblənmirəm, çünki biz onları qoruyuruq, onlar isə bizim üçün heç nə etmirlər, xüsusilə ehtiyac anında", - Tramp vurğulayıb.
O qeyd edib ki, ABŞ İranın hərbi potensialına fəlakətli zərbə endirdi: hərbi-dəniz qüvvələri, aviasiya, hava hücumundan müdafiə sistemləri və radarlar məhv edildi və ola bilsin ki, ən əsası - onların demək olar ki, bütün səviyyələrdə liderləri aradan götürüldü.
"Belə bir hərbi uğur sayəsində bizə artıq NATO ölkələrinin köməyi lazım deyil və biz onu istəmirik - bizə heç vaxt lazım olmayıb! Eynilə Yaponiyanın, Avstraliyanın və ya Cənubi Koreyanın köməyi kimi. Əslində, dünyanın şübhəsiz ən güclü ölkəsi olan ABŞ-ın Prezidenti kimi deyirəm, biz heç kimdən kömək istəmirik!", - o əlavə edib.