İlyas İsmayılov: Qafan-Gorus yolunun açılması düzgün deyildi - “LAÇIN DƏHLİZİ DƏ DƏRHAL BAĞLANMALIDIR”

“Müdafiə naziri Zakir Həsənovun bu gün keçirdiyi genişləndirilmiş toplantı və Ordu komandirlərinə verdiyi göstərişlər olduqca mühüm mesajlar ehtiva edir. Toplantının məqsədi heç də təkcə Türkiyə Ordusuna Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik mesajı ünvanlamaq deyildi. Bu toplantı və Ordu rəhbərliyinə verilən tapşırıqlar Silahlı Qüvvələri bir nömrəli döyüş hazırlığına gətirmək mənasına gəlir”.
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
 
 
Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanat tipli açıqlamanı şərh edən partiya sədrinin fikrincə, son zamanlar Qarabağda və Ermənistan-Azərbaycan sərhədlərində baş verən hadisələr Silahlı Qüvvələri bir nömrəli həyəcan vəziyyətinə keçməyə vadar edib: “Məlum olduğu kimi, erməni tərəfi 10 noyabr Bəyanatından irəli gələn tələbləri yerinə yetirmək istəmir; öz qoşunlarını Qarabağın işğaldan azad olunmamış hissəsindən çıxarmır, kommunikasiya-nəqliyyat əlaqələrini açmır. Rusiya “sülhməramları” da öz növbəsində sözügedən Bəyanatla təsbit olunmuş öhdəliklərinə əməl etmirlər. Əksinə, Laçın dəhlizindəki nəzarət-keçid məntəqəsində erməni hərbçilərinə məxsus maşınları keçirdiklərinin videosunu çəkib Rusiya Silahlı Qüvvələrinin rəsmi portalında yerləşdirirlər. Azərbaycanın haqlı tələblərinə isə Ermənistan ordusunu gücləndirmək, yenidən dirçəltmək mesajları ilə cavab verirlər. Bütün bunlar Azərbaycan üçün ciddi təhdiddir və beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq anti-terror əməliyyatı keçirilməsi zərurətini yaradır”. 
 
 
İ.İsmayılovun fikrincə, Ordumuzun bir neçə gün öncə bağladığı Gorus-Qafan yolunu açması da doğru deyildi: “Düzdür, əsgərlərimiz yola beton bloklar düzərək həmin ərazidən keçən bütün yük və minik maşınlarını yoxlayacaqlarını bildiriblər. Amma bu iş yalnız yoxlamalarla bitməz. Ermənistan Zəngəzur dəhlizini açmayana qədər bizim həmin yolu onların istifadəsinə verməyinizin heç bir məntiqi açıqlaması yoxdur. Əksinə, Azərbaycan 10 noyabr Bəyanatının tələbləri yerinə yetirilməyənə qədər Qafan-Gorus yolu ilə yanaşı, Laçın dəhlizini də bağlamalı, Naxçıvanın Kərki, Qazax rayonunun 7 kəndini işğaldan azad edib, Ermənistanın bu ərazilərdən keçən yollarına da blok qoymalıdır. Bunu etsək, Ermənistan 30 ildən bəri Naxçıvanı blokadada saxlamasının adekvat cavabını almış olar. Naxçıvandan fərqli olaraq, Ermənistan iqtisadiyyatı 4 tərəfdən blokada vəziyyətinə 1 ay da tab gətirə bilməz və dərhal bütün beynəlxalq öhdəliklərini yerinə yetirər”.
 
 
Xatırladaq ki, bu gün Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Nazir müavinlərinin, qoşun növləri komandanlarının, Nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin, o cümlədən digər məsul zabitlərin də iştirakı ilə keçirilən müşavirədə bir sıra məsələlər müzakirə olunub.
 
 
Müşavirədə “Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən Müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.