Rusiya Prezidenti Vladimir Putin ölkədən 10 min ABŞ dollarından çox məbləğdə nağd valyutanın çıxarılmasını qadağan edib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq fərman Kremlin rəsmi saytında yerləşdirilib.
Fərmana əsasən, 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və xarici valyutada olan pul alətlərinin ölkədən çıxarılması qadağandır.
Bundan əlavə, fərman Rusiyanın “dost olmayan ölkələr”dən olan qeyri-rezidentlərə və onların nəzarətində olan strukturlara hökumət komissiyasının razılığı olmadan qiymətli kağızlar və daşınmaz əmlakla əməliyyatlar aparmağı, rubl kreditləri almağı qadağan edir.
Fərmanın mətnində göztəririlir ki, sənəd Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı “ABŞ və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar” imzalanıb.
Qeyd edək ki, fərman martın 2-dən qüvvəyə minir.