
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Eldar Mahmudovun ailə vəkili Cavid Rzazadə ilə əlaqə saxlayıb.
O, açıqlamasında xəbərin yalan olduğunu bildirib: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.
Qeyd edək ki, 65 yaşlı E.Mahmudov keçmiş MTN-ə 2004-2015-ci illərdə rəhbərlik edib.
**12:51
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölməsi barədə xəbər yayılıb.
Bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb. Bildirilir ki, sabiq nazir ötən axşam bağ evində ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib ediblər.