Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan oldu
YENİLƏNİB
Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı prezident seçib. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu dəfə 
onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələri olublar.
 
Qeyd edək ki, birinci turda iqtidarı təmsil edən deputatlar keçmiş yüksək texnologiyalar sənayesi naziri Xaçatryanı seçə bilməmişdilər. Bunun üçün 10 səs kifayət etməmişdi.
 
Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları isə öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.
 
Qeyd edək ki, Vaaqn Xaçatryan bundan öncə yüksək texnologiyalar sənayesi naziri idi.
 
**11:54

Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, gizli səsvermə yerli vaxtla saat 11:30-da başlayıb.
 
**11:14

Ermənistanda seçkilərin ilk turunda prezident seçilməyib.
 
“Sputnik Armeniya” bildirir ki, məlumatı ölkənin Hesablama Komissiyasının rəhbəri Narek Babayan verib.
 
Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” Partiyası kifayət qədər səs toplaya bilməyib.
 
Dövlət başçısı vəzifəsinə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan cəmi 69 deputatın səsini toplayıb.
 
Seçkilərin ikinci turu bu gün keçiriləcək.
 
“Report” xatırladır ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.