Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.Senzor.az bildirir ki, tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.
Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.
**19:09
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu başlayıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Tvitter”də yazıb.
Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.
**14:15
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00-red.) başlayacaq.
Bu barədə BelTA-ya Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, görüşün başqa günə ertələnməsi barədə xəbərlər həqiqətə uyğun deyil. V.Medinski danışıqların Brest vilayətində keçiriləcəyini və Ukrayna heyətinin artıq Polşadan Belarusa doğru yola düşdüyünü vurğulayıb.