Rusiya ordusu Ukraynadakı AES-i vurdu - AVROPA NÜVƏ FƏLAKƏTİ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞDİ
FOTO/VİDEO
Bu gün səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye Atom Elektrik Stansiyada yanğın baş verib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğın 2 min kvadratmetr sahəni əhatə edib.
 
Hadisə yerinə Ukraynanın Fövqəladə Xidmətinin yanğınsöndürən briqadaları cəlb edilib... 
 
Ukraynanın energetika naziri German Qaluşenko bəyan edib ki, Zaporojye AES-də Rusiya ordusunun zərbələri nəticəsində başlamış yanğın dünyanı insanlıq tarixinin ən böyük texnogen fəlakəti ilə üz-üzə qoyub. “Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onu minlərlə insan tələfatı və faciələr də dayandırmır. Bu gün isə o bütün dünyanı məhv etmək istəyir. Tanklardan, “Qrad”lardan və digər texnikadan Avropanın ən iri atom elektrik stansiyasına birbaşa zərbələr endirir. Bu hərəkətlərin hansı fəlakətə gətirib çıxaracağını dərk edərək”,-nazir bildirib. “Bu planeti məhv etməyə yönəlmiş müharibədir. Nüvə və radiasiya təhlükəsi düşməni narahat etmir. Ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatının onun üçün heç bir əhəmiyyəti yoxdur”,-Qaluşenko əlavə edib. 
Prezident Volodimir Zelenski isə dünya ictimaiyyətinə təcili müraciət edib. Zelenski bəyan edib ki, Rusiya tankları Zaporojye AES-in nüvə bloklarını atəşə tutur, ona görə də Avropa oyanmalı və dünyanı nüvə fəlakətindən xilas etməlidir. 
 
Prezident Zelenski qeyd edib ki, Zaporojye AES-də 6 enerji bloku var. Ukrayna Prezidenti müqayisə üçün xatırladıb ki, Çernobıl AES-də cəmi bir enerji bloku partlamışdı.
 
“Rusiya ordusunu dərhal dayandırmaq lazımdır! Ukrayna 15 enerji bloku deməkdir və əgər partlayışlar olsa bu hamının sonu olacaq, bütün Avropanın sonu olacaq! Bu Avropanın təxliyyəsi demək olacaq! Ancaq Avropanın təxirəsalınmaz hərəkətləri Rusiya qoşunlarını dayandıra bilər. Avropanın atom stansiyasında baş verəcək fəlakət nəticəsində məhv olmasına imkan verməyin!”,-Zelenski bildirib.
 
O deyib ki, artıq yaranmış vəziyyətlə bağlı Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışıqları aparıb.
 
...Ukrayna Fövqəladə Xidmətinin yaydığı son məlumata görə, Zaporojye vilayətində yerləşən Atom Elektrik Stansiyanın korpusunda başlayan yanğın artıq söndürülüb.
 
Ölən və xəsarət alanların olmadığı bildirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.