Zelenski avropalıları onlara dəstək verməyə çağırdı - “UKRAYNA MƏĞLUB OLSA, AVROPA DA SÜQUT EDƏCƏK”
FOTO, VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb: “Əgər biz məğlub olsaq, Avropa da süqut edəcək”.
 
O bu barədə telekörpü vasitəsilə Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.
 
Canlı yayım zamanı Zelenski qeyd edib ki, o, 3 dəqiqəlik çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – canından keçənlərin xatirəsini anmağa həsr edir.
 
"Mən ikinci dəqiqəni susmaq istəyirəm - mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, lakin bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın xatirəsi naminə. Onlar canlarını verib, əbədiyyətə qovuşublar. Xahiş edirəm. onların xatirəsini sükutla yad edin”, - deyə dövlət başçısı bildirib.
Üçüncü dəqiqəni isə Prezident Avropa xalqlarına həsr edib: "Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Susmayın, Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq. Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Leon, Paris - bu gün siz hamınız ukraynalısınız!”.
 
Qeyd edək ki, bu gün Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək mitinqləri keçirilib. Aksiyalarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.
 
Zelenskinin çıxışı Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Lion və Parisdə quraşdırılmış böyük ekranlarda yayımlanıb və maraqla, alqışlarla qarşılanıb.
 
Onu da qeyd edək ki, telekörpünün Gürcüstandakı tərəfdaşı kimi müxalif “Formula” telekanalı çıxış edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.