Bu gün Moskva vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə saat 11.00-dan) etibarən Rusiya tərəfi Ukraynada "sükut rejimi" elan edir və mülki əhalinin Mariupol, Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.