ABŞ Prezidenti Co Bayden Rusiya əhalisinə müraciət edib.Senzor.az bildirir ki, bu barədə C.Baydenin “Twitter” hesabında paylaşım edilib.
“Mən inanmıram ki, siz ölkə və xalqı ilə dərin ailəvi, tarixi və mədəni bağlarınızın olduğu Ukraynaya qarşı qanlı, dağıdıcı müharibə istəyirsiniz”, - deyə C.Bayden bildirib.
Bayden əlavə edib ki, Amerika Birləşmiş Ştatları rus xalqını düşmən hesab etmir.