Rusiyanın bank kartları cəmi yeddi ölkədə qəbul ediləcək -
SİYAHI
Sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız yeddi ölkədə qəbul olunacaq.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandır.
 
Həmçinin bildirilir ki, “Mir” sisteminin kartları qondarma Cənubi Osetiya və Abxaziyada da qəbul ediləcək.
 
Belə ki, VISA və “MasterCard” ödəniş sistemləri Rusiyanı tərk etdikdən sonra bu ölkənin bankları tərəfindən buraxılan kartlar yalnız ölkə daxilində işləyəcək.
 
VISA və “MasterCard” kartları ilə aşağıdakılar mümkün olmayacaq: xarici onlayn mağazalarda və xaricdə hesablaşmalarda alış-veriş üçün ödəniş.
 
“Xaricə səfər zamanı nağd pul və “Mir” kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır”, - xəbərdə deyilir.
 
Daha əvvəl ABŞ-ın “MasterCard” maliyyə korporasiyası bildirib ki, Rusiyada xidmətlərin göstərilməsini dayandırıb.
 
Həmçinin VİSA da Rusiyadakı fəaliyyətinə son qoymaq və yaxın günlərdə bütün əməliyyatları dayandırmaq niyyətindədir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.