Putinlə Ərdoğan arasında telefon danışığı başa çatdı - LİDERLƏR TƏXMİNƏN 1 SAAT UKRAYNADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİLƏR
YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başa çatıb.
 
"Reuters"in məlumatına görə, danışıqlar bir saata yaxın davam edib.

Tərəflər Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

 Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.
 
Türkiyə lideri bildirib ki, təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək.
 
“Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
 
Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.

**14:25

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
 
Senzor.az-ın daha əvvəl anons verdiyi kimi, danışıqların başlıca mövzusu Ukraynadakı vəziyyətdir.
 
Söhbətin ardından yazılı açıqlama gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.