Ukraynanın Xarkov şəhərinə hava zərbələri endirilib.Senzor.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, hava zərbələrinin endirildiyi ərazidə yerləşən Azərbaycanın Fəxri Konsulluğunun binası ciddi dağıntılara məruz qalıb.
Axşam saatlarında baş verən hücum nəticəsində konsulluq əməkdaşına məxsus avtomobil də yarasız hala düşüb.
Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.
