Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub.Bu barədə “Report”a açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları Nikolayevdəki xəstəxananı və azərbaycanlılara məxsus çoxsaylı evləri “Qrad”larda atəşə tutublar. Nəticədə tikililərin əksəriyyəti dağıdılıb və ya ciddi zərər görüb.
Xoşbəxtlikdən azərbaycanlılar vaxtında evakuasiya edildiyindən ölən olmayıb.
