Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfi ilə bəzi məqamların müzakirəsinin mümkünlüyünü bəyan edib.Senzor.az bildirir ki, o bu barədə Amerikanın “ABC News” telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı “Krımı Rusiyanın bir hissəsi olaraq, həmçinin “DXR” və “LXR”i isə müstəqil subyekt kimi tanımaq olarmı” sualına cavab verərkən elə deyib.
“Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərin və Rusiya Federasiyasından başqa heç kim tərəfindən tanınmayan bu psevdorespublikalarla bağlı məsələləri müzakirə edə, onların gələcək taleyi ilə bağlı kompromis tapa bilərik. Mənim üçün ən önəmlisi bu ərazilərdə yaşayan və Ukraynanın bir parçası olmaq istəyən insanların gələcəkdə necə yaşayacağıdır. Ukraynada kim onları qəbul etmək istəyir? Ona görə də məsələ tanınmaqdan daha mürəkkəbdir”, - deyə V.Zelenski vurğulayıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putini danışıqlara başlamağa və dialoq qurmağa çağırıb.
Ukrayna Prezidenti onu da xatırladıb ki, NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil.
V. Zelenski bəyan edib ki, elə bu səsəbdən də artıq onda NATO-ya maraq itib: “Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”.
Ukrayna lideri Qərb ölkələrinə xəbərdarlıq da edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək, növbədə onlardır: “Hamı elə düşünür ki, biz ABŞ-dan və ya Kanadadan çox uzağıq. Əgər hüquq və azadlıqların sərhədləri pozulursa və bu dəyərlər hücuma məruz qalırsa, siz bizi qorumalısınız. Ona görə ki, biz birinci gəlirik, növbəti sırada isə sizsiniz. Çünki yırtıcı nə qədər çox yeyirsə, o daha çox istəməyə başlayır”.