Ukraynada qadınlar da fəal şəkildə ölkənin müdafiəsinə qoşulublar.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qadınlardan ibarət növbəti belə qrup videomüraciət yayımlayıb.
“Biz ukraynalı qadınlar kişilərimizin torpaqlarımız uğrunda mübarizəsinə xeyir-dua vermişik. Biz artıq övladlarımızı təhlükəsiz yerlərə yerləşdirmişik. Millətimizin genofondu qorunur. Biz kişilərə və Ukrayna ordusuna qoşuluruq”, - deyə müraciətdə bildirilib.