“Haber Global” xəbər verir ki, o, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.