Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş keçirilib.Senzor.az Türkiyə mətbuatına isinadən bildirir ki, XİN başçıları Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində bir araya gəliblər.
Görüşdə ev sahibi kimi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Müzakirələr bir saat davam edib. Təfərrüatlar barədə heç nə deyilmir. Bir qədər sonra Sergey Lavrov və Dmitro Kulebanın ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəkləri gözlənilir.