Ukrayna Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirdi
MƏŞHUR İŞ ADAMI VAQİF ƏLİYEV SAXLANILDI
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) xüsusi bölməsi iş adamı Vaqif Əliyevi Ukraynanın qərbindəki Zakarpatye vilayətində saxlayıb.
 
Senzor.az bildirir ki, xəbəri Ali Radanın deputatı Aleksandr Dubinskiyə istinadən UNİAN yayıb.
 
“Millət vəkili Dubinski xəbər verir ki, UTX-nın  “Alfa” bölməsi Zakarpatyedə iş adamı Vaqif Əliyevi saxlayıb. Səbəblər məlum deyil”, - agentliyin açıqlamasında bildirilir.
 
Mənbə qeyd edib ki, V.Əliyev oliqarx Firtaşın və “Həyat Naminə - Müxalifət Platforması”  partiyasının deputatı Vadim Stoların şərikidir.  Agentlik əlavə edir ki, guya Vaqif Əliyevin Rusiya pasportu ola bilər.
 
Xatlrladaq ki, dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının Ukrayna versiyası ötən il ölkənin ən varlı 100 iş adamının siyahısını açıqlamışdı. 
 
Onların arasında Azərbaycan əsilli iş adamı Vaqif Əliyev də vardı. 
 
Qeyd olunurdu ki, Ukraynda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Vaqif Əliyev sərvətini son bir ildə 85 milyon dollar artıraraq 460 milyon dollarla 22-ci sıraya yüksəlib.  
 
Məlumat üçün qeyd edək ki, Vaqif Əhməd oğlu Əliyev 1959-cu ildə Aşqabadda (Türkmənistan) azərbaycanlı ailəsində anadan olub. 1986-88-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidmətdən sonra ticarətə başlayıb. 1980-ci illərin sonunda qazlı su satan V.Əliyev tezliklə 500 köşk şəbəkəsi qurmağı bacarıb. 1990-cı illərin əvvəlində Ukraynaya köçüb.
Vaqif Əliyev burada  ukraynalı iş adamı İqor Bakay, İqor Nikonov və Vladimir Krapivin ilə birlikdə Türkmənistan təbii qazının Ukraynaya idxalı ilə məşğul olub. 
 
2000-ci ildə "Mandarin Plaza" inkişaf şirkətini qurub. Bir il sonra Vladimir Krapivin və İqor Nikonov ilə birlikdə  “KAN” adlı (adı - Krapivin, Əliyev, Nikonov soyadlarının ilk hərflərindən götürülüb) digər bir inkişaf şirkəti təsis edib. Vaqif  Əliyevin Kiyevdəki ilk layihəsi 2003-cü ildə tikilən Bessarabkada “Mandarin Plaza” ticarət mərkəzi olub. 
 
“KAN” inkişaf şirkəti 2012-ci ildə “Diamond Hill” yaşayış kompleksini istifadəyə verib. 2016-cı ildə Əliyev  50 milyon dollara “Parus” biznes mərəzinin 50%-nə sahib olub. 2016-cı ilin sonunda Azərbaycan əsilli iş adamı “Lavina Mall”, 2019-cu ilin ortalarında isə   “Blockbuster Mall”un açılışını edib.
 
2019 -cu ildə Vaqif Əliyev “Okean” Ticarət Mərkəzinin tikintisinə başlamışdı. İş adamı o vaxt bildirmişdi ki, Kiyevin hər rayonunda 1 ticarət mərkəzi inşa edəcək...

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.