Azərbaycan silah idxalına görə dünyada 37-ci yerə çıxıb - ƏN ÇOX DA İSRAİLDƏN ALIB
SIPRI HESABAT YAYDI
Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİPRİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.
 
Senzor.az- bildirir ki, hesabata görə dünyanın əsas silah ixracatçıları dəyişməz olaraq qalır. Bunlar ABŞ, Rusiya, Fransa, Çin və Almaniyadır. 
 
Silah idxalına gəlicə, bu göstərici Avropada 19, Şərqi Asiyada 20, Okeaniyada isə 59% artıb.
 
Hesabatda   bildirilir ki, son beş ildə Azərbaycan da hərbi potensialını xeyli artırıb və silah idxalına görə dünyada 37-ci yeri tutub. O da qeyd olunub ki, 2017-2021-ci illərdə Azərbaycanın silah idxalının 61%-i İsrailin payına düşüb.
 
Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyotu, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahları, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları, “Barak-8” ZRK raketi, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınları, T-72SİM1 tankı, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” kompleksləri alıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.