Netanyahu BMT-nin Baş Assambleyasında yenə boykot olundu - FOTO/VİDEO

İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

 

Senzor.az bildirir ki, Netanyahunun kürsüyə qalxdığı an bir çox ölkələrin diplomatik nümayəndə heyətləri zalı tərk ediblər.

 

Diplomatların zaldan çıxması İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara, İordan çayının qərb sahilindəki addımlarına, eləcə də Suriya və Livana zərbələrinə etiraz kimi qiymətləndirilib. Diplomatlar ayağa qalxaraq zalı tərk edərkən zaldan etiraz səsləri ucalıb. 

Çoxlu sayda nümayəndə heyətinin zalı tərk etməsindən sonra Netanyahu çıxışını seyrəlmiş auditoriya qarşısında davam etdirib. Bu, 2023-cü il oktyabrın 7-dən bəri Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı qarşılaşdığı 3-cü analoji boykot aksiyası olub.

 

Eyni zamanda, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı çevrəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda İsrail hökumətinin siyasətinə qarşı etiraz nümayişləri təşkil olunub. Nümayişçilər hərbi əməliyyatların dayandırılması və hərbi köməklərin kəsilməsi tələbi ilə şüarlar səsləndirib, müvafiq plakatlar qaldırıblar.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.