
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa, Xankəndi və Ağdamda olub.
Senzor.az bildirir ki, dövlət başçısı əvvəlcə Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Sonra Prezident Xankəndidə Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında, Universitetin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində və Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Ağdamda isə İ.Əliyev 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub, Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı, “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisələrinin açılışında iştirak edib.
Ətraflı “Xəzər” TV-nin videomaterialında(Bax: https://www.youtube.com/watch?v=R5u8d_P3PyI).