ABŞ İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasına imkan verməyəcək:
CENTCOM XÜSUSİ ƏMƏLİYYAT QRUPU YARATDI

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, CENTCOM-un sosial şəbəkə hesabında yayılan məlumatda belə deyilir.

 

Qeyd olunub ki, müvafiq tapşırığı komandanlığın rəhbəri, admiral Bred Kuper verib.

 

Onun sözlərinə görə, "Dəmir qapı" (Iron Gate) əməliyyat qrupunun yaradılması ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının uğurunu təsdiqləyir.

 

"CENTCOM-un ABŞ-ın digər dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi İrana terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və hərbi ehtiyatlarını artırmaq imkanlarını daha da məhdudlaşdırmağa imkan verəcək", – Kuper bildirib.

 

Təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq işçi qrupu Florida ştatının Tampa şəhərində yerləşəcək. Struktur digər ABŞ dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət göstərərək müasir silahların, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının qarşısını almaqla məşğul olacaq.

 

Bundan əlavə, qrupun fəaliyyət istiqamətlərinə qanunsuz maliyyə kanallarının müəyyənləşdirilməsi və qarşısının alınması da daxildir.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.