Rusiya XİN-dən Pezeşkianın təklifinə reaksiya: İRAN MDB-yə QOŞULA BİLƏR

“Rusiya bu təşəbbüslə maraqlanan tərəfdaşlarla birlikdə “MDB + İran” formatının işlənib hazırlanmasına hazırdır”.


Bunu TASS-a açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.


O xatırladıb ki, İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına dəvət olunan ilk İran rəhbəri olub. Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Moskva Türkmənistan tərəfinin bu təklifini ilk dəstəkləyənlərdən biri olub və İran liderinin sammitdə iştirakını yüksək qiymətləndirib.


“Pezeşkianın “MDB + 1” formatının yaradılması ilə bağlı irəli sürdüyü ideya Moskvada, bildiyimiz qədər, digər MDB ölkələrinin paytaxtlarında, eləcə də ekspert dairələrində böyük maraq doğurub. Rusiya tərəfi bu təşəbbüsün tərəfdaşlarla birlikdə işlənib hazırlanmasına hazırdır”, - Pankin qeyd edib.


Diplomatik qurum rəhbərinin müavini vurğulayıb ki, Rusiya MDB ilə İran arasında əməkdaşlığın inkişafının müxtəlif sahələrdə böyük potensiala malik olduğu qənaətindədir.


Bununla yanaşı, Pankin təşkilatın üzvlərinin sayının genişləndirilməsindən danışmaq üçün hələ tez olduğunu bildirib: “MDB-də üçüncü ölkələrin birliyin fəaliyyətinə qoşulması üçün mövcud mexanizmlərin, o cümlədən “MDB+” formatının hazırkı mərhələdə qarşılıqlı əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün kifayət qədər imkan yaratdığını düşünürük”.




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.