
Almaniya artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edə bilməyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Nazir vurğulayıb ki, digər ölkələrin Ukraynaya dəstək çərçivəsində verdiyi töhfələr Almaniyanın töhfəsindən xeyli aşağıdır. Buna görə də Berlin müttəfiqlərindən Ukraynaya dəstək səylərini artırmağı gözləyir.(Bax: https://www.youtube.com/watch?v=I_hijoZurfA)