Rusiyanın "Birinci kanal"ında xəbərlər proqramının axşam buraxılışı zamanı sensasion hadisə baş verib. Senzor.az bildirir ki, redaktor Marina Ovsyannikova canlı yayıma müdaxilə edib və arapıcı Yekaterian Andreyevanın arxasında dayanaraq əlində "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizi aldadırlar" cümlələri yazılmış plakat nümayiş etdirib.
Efir rejissorları onu kadrdan çıxarmağa çalışıblar.
Amma... Görüntülər sosial şəbəkələrdə yayılıb.
Daha sonra Marina Ovsyannikova etiraz aksiyasından əvvəl yazdığı videomüraciətini paylaşıb. O bildirib ki, Ukraynada aparılan əməliyyatlar cinayətdir və Rusiya təcavüzkardır. O, əlavə edib ki, onun anası rus, atası isə ukraynalıdır. Və onlar heç vaxt düşmən olmayıblar. Jurnalist qardaş xalqların müharibəsini dayandırmağa və sülhə çağırış edib.
M. Ovsyannikova illər ərzində rus xalqının televiziya efirindən aldadılmasına görə üzr istəyib. “Təəssüf ki, mən son illər “Birinci kanal”da işləyirəm. Kremlin təbliğatı ilə məşğul oluram və buna görə çox utanıram”, - deyə o qeyd edib.