
“Crocus Group” Moskvanın mərkəzində şirkətə məxsus dörd binanı satışa çıxarıb.
APA-nın məlumatına görə, bu barədə KİV-ə qrupun birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.
“Moskvanın mərkəzində “Crocus Group”a məxsus bütün binaları satışa çıxardıq. Obyektlərin ümumi sahəsi təxminən 2 min kvadratmetrdir. Hazırda böyük moda brendləri ilə fəal danışıqlar aparırıq”, - deyə E.Ağalarov qeyd edib.
E. Ağalarov satışın səbəblərindən danışarkən deyib ki, şəhər daşınmaz əmlakının gəlirliliyinə artıq inanmır.

“Analitiklərimizin fikrincə, bu bölgələrdə daşınmaz əmlakın qiymətləri tezliklə aşağı düşməyə başlayacaq. Bununla yanaşı, yeni obyekt sahibləri məni normal şərtlərlə saxlamağa razılıq versələr, məmnuniyyətlə icarəçi olaraq qalacam və yeni ideyalar hazırlamağa hazır olacam”, - deyə E.Ağalarov əlavə edib.