ABŞ Senatı Putini hərbi cinayətkar elan etdi
ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.
 
“Reuters” və “Associated Press” agentlikləri xəbər verirlər ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.
 
Senat Putinin dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.
 
Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.
 
"Bu zalda hamımız - demokratlar və respublikaçılarla Vladimir Putinin Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə məsuliyyətdən qaça bilmədiyini demək üçün birləşdik", - Senatdakı demokrat çoxluğun lideri Çak Şumer deyib.
 
“Report” xatırladır ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.