“Kiyev ətrafında Rusiya qoşunlarının olmasının Ukraynanın işğal edilməsi niyyəti ilə əlaqəsi yoxdur”.“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ukraynadakı xüsusi hərbi əməliyyat sonadək davam edəcək", - dövlət başçısı vurğulayıb.
Rusiya lideri onu da vurğulaylb ki, Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub: “Onlar (Qərb ölkələri) Rusiyaya qarşı iqtisadi, maliyyə, ticarət və digər sanksiyaları silah kimi seçiblər ki, bu da indi avropalıların və amerikalıların özlərinə zərbə vurur, yeri gəlmişkən, benzinin, enerjinin, qidanın bahalaşması qeydə alınıb”.
“Xarici aktivlərin, Rusiya şirkətlərinin və fiziki şəxslərin hesablarına qoyulan həbs isə milli biznes üçün dərsdir ki, öz ölkəsinə investisiya qoymaqdan etibarlı heç nə yoxdur”, - deyə V.Putin qeyd edib.
O bir daha xatırladıb ki, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır.