Beynəlxalq Ədalət Məhkəməsi Rusiyadan Ukraynada hərbi əməliyyatları dayandırmağı tələb edən qərar çıxarıb. Bu barədə Reuters məlumat yayıb.
Bundan əlavə, məhkəmə qərar verib ki, Rusiya “onun nəzarəti altında olan və ya Moskva tərəfindən dəstəklənən” digər qüvvələrin də hərbi əməliyyatları dayandırmasını təmin etməlidir.
Məhkəmə həmçinin bəyan edib ki, Rusiya və Ukrayna münaqişəni gərginləşdirəcək və ya onun həllini çətinləşdirəcək istənilən hərəkətdən çəkinməyə borcludurlar.
Senzor.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Tvitter” hesablnda məsələ ilə bağlı paylaşım edib. O qeyd edib ki, Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində (International Court of Justice - ICJ) Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb.
“ICJ işğalı dərhal dayandırmaq barədə qərar verdi. Qərar beynəlxalq hüquq çərçivəsində məcburidir. Rusiya dərhal buna əməl etməlidir. Qərara məhəl qoymamaq Rusiyanı daha da təcrid edəcək”, - deyə Ukrayna lideri vurğulayıb.Senzor.az