ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini "hərbi cinayətkar" hesab etdiyini bildirib.Senzor.az-ın məlumatına görə, Bayden Ağ Evdə olan jurnalistlərlə qısa ünsiyyəti zamanı Fox News telekanalının müxbiri ABŞ Prezidentindən "gördüyümüz hər şeydən sonra" rusiyalı həmkarını hərbi cinayətkar adlandırmağa hazır olub-olmadığını soruşub.
Bayden əvvəlcə mənfi cavab verərək otağı tərk edib, lakin sonra geri qayıdaraq sualı dəqiqləşdirib və deyib: "O, hərbi cinayətkardır".