Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər - AMMA YALNIZ SÜLH MÜQAVİLƏSİ RAZILAŞDIRILDIQDAN SONRA
ƏL SIXMA MƏSƏLƏSİNƏ GƏLİNCƏ...
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yaxın həftələrdə baş tuta bilər. Lakin bu, yalnız sülh müqaviləsi razılaşdırıldıqdan sonra mümkündür.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
 
Onun sözlərinə görə, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri öz mövqelərində qalırlar və mübahisəli məsələlər üzrə razılaşmanın əldə olunması bir neçə gündən bir həftə yarıma qədər davam edə bilər. Bu müddət ərzində tərəflər sülh sazişinə yaxınlaşmalıdırlar.
 
“Müqavilə üzərində iş başa çatan kimi biz görüşün (Putin və Zelenski arasında - red.) təşkilinə başlayacağıq. Bu, yaxın həftələrdə baş verəcək. Bizim üçün yer fərqi yoxdur. İstənilən yer ola bilər. Rusiyadan başqa”, - Podolyak bildirib.
 
O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi Zelenskinin Putinin əlini sıxa bilməyəcəyini hələ ki, vurğulamır.
 
“Sülh müqaviləsinin əsasları hazırlandıqdan sonra biz prezidentlərin görüşündə uyğun davranış modelini nəzərdən keçirəcəyik. Əl sıxma məsələsi bizi narahat edən ən kiçik məsələdir”, - deyə o, əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.