Rusiya Ermənistandakı hərbi bazasını Ukrayna ərazilərinə köçürür
KİYEV DAHA BİR RƏSMİ AÇIQLAMA YAYDI
Rusiya Federasiyasının hərbi rəhbərliyi Ukraynadakı döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətinin bərpası istiqamətində səyləri davam etdirərək Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin dislokasiyasını planlaşdırır.
 
Senzor.az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində saat 18:00-a olan operativ məlumatında belə deyilir.
 
“Rusiya Federasiyasının ayrı-ayrı hərbi qulluqçularının döyüş əməliyyatlarında iştirakdan imtina etməsi faktları, Ukraynanın silahlı qüvvələri ilə toqquşmalarda məğlubiyyətdən  sonra Rusiya hərbçilərinin mənəvi və psixoloji vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədardır. Belə ki, məsələn, Cənub Hərbi Dairəsinin 8-ci ümumi ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib.
 
Düşmənin şəxsi heyəti ruhdan düşüb, intihar, özünə xəsarət yetirmə halları artıb.
 
Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqların icrasının mümkünsüzlüyü səbəbindən Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci əlahiddə xüsusi təyinatlılar briqadasının komandiri, polkovnik Vadim Pankovun tutduğu vəzifədən azad ediləcəyi planlaşdırılır. O, Qostomel hava limanında döyüş tapşırığını yerinə yetirməməkdə ittiham olunur", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında deyilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.