Rusiyanın Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi
PUTİN TELEFONDA ƏRDOĞANA NƏ DEYİB?
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.
 
“Report” bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ. Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb: “Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlükdən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı (rusdilli əhaliyə qarşı ayrı-seçkilik yaradan istənilən qanunların ləğvi nəzərdə tutulur-red.) prosesdir. Dördüncüsü - rus dilinin Ukraynada geniş istifadəsinin önündə dayanan maneələrin aradan qaldırılmasıdır. Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə edildiyi güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.
 
O əlavə edib ki, Putin Kiyev üçün ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Krımın ilhaqı və iki qondarma “respulika”nın tanıması. Kalın qeyd edib ki, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir: “Əgər ilk dörd maddə ilə bağlı ümumi fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr rəhbərlər səviyyəsində müzakirə oluna bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.