Rusiya Qara Dəniz Donanmasının komandan müavini Ukraynada öldü
29 İL ƏVVƏL BU ÖLKƏNİN HƏRBİ ANDINI QƏBUL ETMƏMİŞDİ...
Rusiya Qara Dəniz Donanması komandanının müavini, birinci dərəcəli kapitan Andrey Paliy Ukrayna ərazisində həlak olub.
 
Senzor.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
 
Donanma komandiri müavininin harada və hansı şəraitdə həlak olduğu barədə məlumat verilməyib.
 
A.Paliy barəsində yalnız o məlumdur ki, Murmansk vilayətinin Severomorsk şəhərindəki məktəbdə oxuyub, 1992-ci ildə Kiyev Ali Hərbi Dəniz Məktəbini bitirib. Sosial psixologiya üzrə müəllim ixtisasına yiyələnib. Məktəbi bitirdikdən sonra leytenant Paliy Kiyevdə Ukrayna Milli Qvardiyasının 2-ci alayının 4-cü rotasının komandirinin tərbiyə işləri üzrə müavini təyin edilib, lakin artıq 1993-cü ilin martında Ukrayna hərbi andını qəbul etməkdən imtina etdiyinə görə Şimal Donanmasına hərbi xidmətə yollanıb.
 
A.Paliy 2008-ci ilin avqustunda Gürcüstan ərazisində döyüş əməliyyatlarında iştirak edib. Həlak olarkən Qara Dəniz Donanması komandanının hərbi-siyasi işlər üzrə müavini vəzifəsini tuturdu.
 
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.