Rusiyada "Facebook" və "İnstagram" qadağan edildi - EKSTREMİZMƏ GÖRƏ
Rusiyada “Facebook” və “İnstagram” sosial şəbəkələri ekstremizmə görə  məhkəmənin qərarı ilə qadağan edilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sözügedən sosial şəbəkələrin sahibi olan "Meta" şirkətinin Rusiyada fəaliyyətinin dayandırılması barədə qərar dərhal qüvvəyə minib.
 
Qeyd olunur ki, “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. Nəzarət orqanı izah edib ki, onlar bununla Rusiya vətəndaşlarını  hüquqlarının növbəti dəfə pozulmasından qorumaq istəyirlər. İddiaya görə, “İnstaqram” "Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə saxta məlumatların silinməsi ilə bağlı 4,5 mindən çox müraciətə və icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb". 
Prokurorların fikrincə, "ekstremist məlumatlar" həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir.
 
O da bildirilib ki, qərar WhatsApp messencerinə şamil edilmir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.